Region Liqasında çıxış edən “Xankəndi” yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, adıçəkilən komanda "Sumqayıt"ın yetirməsini heyətinə cəlb edib.
27 yaşlı qapıçı Məhərrəm Məmmədli bundan sonra “Xankəndi” komandasının formasını geyinəcək.
Daha əvvəl “Hypers Guba” və “Füzuli” komandalarında oynamış qolkiperlə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Məhərrəm Məmmədli “Sumqayıt”ın yetirməsidir.