AZ

Ceyhun Bayramov Devid Ləmmi ilə Ermənistanla sülh prosesinin hazırkı durumunu müzakirə edib

Bakı. Trend:

19 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın xarici işlər,ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Ləmmiarasında telefon danışığı baş tutub.

Bu barədə Trend-ə XİN-in mətbuat xidmətindən məlumatverilib.

Telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri,mövcud regional vəziyyət, habelə Azərbaycan və Ermənistan arasındasülh prosesinin hazırkı durumu müzakirə olunub.

Britaniya naziri Novruz bayramı münasibətilə təbrikləriniçatdırıb. İki ölkə arasında münasibətlərin daha da inkişafedəcəyinə əminlik ifadə olunub.

Nazir Ceyhun Bayramov, bölgədəki mövcud vəziyyət və sülh prosesibarədə məlumat verərək, sülh sazişinin mətni üzrə danışıqlarınyekunlaşmasına baxmayaraq, sazişin imzalanması üçün Ermənistankonstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradanqaldırılması məqsədilə müvafiq düzəlişin edilməsinin vacib olduğuvurğulanıb. Bununla yanaşı, ATƏT-in artıq aktual olmayan Minskqrupu və digər aidiyyəti strukturlarının ləğvinin də vacibliyidiqqətə çatdırılıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparıblar.

Seçilən
10
45
az.trend.az

10Mənbələr