Bakı. Trend:
Sənaye zonalarının fəaliyyəti Azərbaycanda iqtisadiyyatınşaxələndirilməsinə, investisiyaların cəlb edilməsinə, yeni işyerlərinin yaradılmasına, yerli istehsalın və ixracın artmasına,eləcə də innovasiyaların təşviqinə töhfələr verir.
İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) Trend-ə verilən məlumatagörə, sahibkarlar tərəfindən 2021-2024-cü illər ərzində İZİA-nınidarəçiliyində olan sənaye zonalarına 748 milyon manata yaxıninvestisiya yatırılıb.
Məlumata görə, həmçinin sözügedən dövr ərzində 865 daimi iş yeriyaradılıb.
Bildirilib ki, bu müddətdə 11,68 milyard manatlıq məhsul satışıhəyata keçirilib.
Qeyd olunub ki, satılan məhsulların 4,08 milyard manatlıqhissəsi ixracın payına düşür.