AZ

Samux rayonunda ağacəkmə aksiyası təşkil olunub

19 mart 2025-ci il tarixdə  Samux rayonunda Samux rayon icra hakimiyyətinin və YAP Samux rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində  və Novruz  bayramı münasibətilə  ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyası Ziyadlı  kəndinin ərazisində, Samux-Kür yolunda təşkil olunub.

Ağacəkmə aksiyasında Samux rayon icra hakimiyyətinin başçısı Firdovsi Əliyev,   YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, YAP Samux rayon təşkilatının partiya fəalları, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də gənc könüllülər  iştirak edərək  1000-dən çox  şam, sərv ağacı, oleandr, bəzək gül kolları əkiblər.

Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək, ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.

Seçilən
39
yeniazerbaycan.com

1Mənbələr