AZ

“Süni İntellekt Strategiyası” təsdiq edildi – Nələr gözlənilir?

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2025 – 2028-ciilləri əhatə edən “Süni İntellekt Strategiyası” təsdiq edilib. Busənəd ölkənin süni intellekt sahəsində inkişafını sürətləndirmək,rəqəmsal inkişafı dəstəkləmək və qlobal süni intellektekosistemində Azərbaycanın rolunu gücləndirmək məqsədi daşıyır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya vəRəqəmsal İnkişaf Agentliyindən Trend-ə verilən məlumata görə, strategiyanınəsas məqsədləri sırasında qeyd edilən sahədə innovasiya və rəqəmsalinkişafın təşviqi, iqtisadiyyatın rəqabət qabiliyyətininartırılması, süni intellekt əsaslı məlumat idarəetməsinin təşkili,ixtisaslı kadr hazırlığı, bilik və bacarıqların genişləndirilməsi,dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi,məlumat təhlükəsizliyi və etik qaydalara əsaslanan idarəetməmexanizmlərinin qurulması yer alır.

Süni intellektin inkişafı üçün əsas infrastruktur tədbirləriçərçivəsində yüksəksəviyyəli hesablama resurslarının qurulması,açıq məlumat bazalarının yaradılması və süni intellektin müxtəlifistiqamətlərdə, xüsusilə Təbii Dil Emalı texnologiyalarında tətbiqinəzərdə tutulur. Məlumat keyfiyyətinin artırılması və böyük həcmliverilənlərin effektiv şəkildə emal edilməsi üçün milli məlumatstrategiyasının hazırlanması planlaşdırılır.

Bununla yanaşı, süni intellekt sahəsində akademik tədqiqatlaradəstək verilməsi və ali təhsil müəssisələrində yeni tədrisproqramlarının tətbiq olunması da əsas prioritetlərdəndir.Konsepsiya çərçivəsində beynəlxalq əməkdaşlıqların inkişafetdirilməsi də nəzərdə tutulur.

Strategiyaya əsasən, süni intellekt sahəsində startapekosisteminin inkişafı üçün investisiyaların artırılması, süniintellektin kommersiyalaşdırılmasını dəstəkləyən təşəbbüslərinhəyata keçirilməsi, startap və sahibkarların dəstəklənməsi, yerlivə xarici investorların bu sahəyə cəlb edilməsi planlaşdırılır.Həmçinin süni intellekt sahəsində fəaliyyət göstərən sahibkarlıqsubyektlərinə dəstək mexanizmlərinin genişləndirilməsi, o cümlədəngüzəştli kreditlərin verilməsi ilə bağlı tədbirlər görüləcək.

Süni intellekt texnologiyalarının etik istifadəsi vətəhlükəsizliyinin təmin edilməsi strategiyanın mühümistiqamətlərindən biridir. Bu məqsədlə tənzimləyici çərçivəninyaradılması, süni intellekt alqoritmlərinin şəffaflığının təminedilməsi, məlumat qərəzinin aradan qaldırılması vəkibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində tədbirlər həyatakeçiriləcək. Eyni zamanda ictimaiyyətin süni intellekttexnologiyalarına dair məlumatlılığının artırılması və onlardanistifadənin cəmiyyət üçün faydaları barədə maarifləndiricikampaniyaların aparılması nəzərdə tutulur.

Yeni strategiyanın həyata keçirilməsi Azərbaycanı süni intellekttexnologiyalarının inkişafı sahəsində regionda liderlər sırasınadaxil edəcək və ölkənin rəqəmsal inkişafına mühüm töhfə verəcək. Bustrategiya, həmçinin süni intellekt ekosisteminin formalaşdırılmasıvə ölkənin qlobal süni intellekt platformalarında aktiv iştirakınıtəmin etmək üçün bir yol xəritəsi kimi çıxış edəcək.

Seçilən
45
2
az.trend.az

3Mənbələr