AZ

AFFA “Neftçi”nin şikayətini rədd edib

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

İdman.biz xəbər verir ki, bunu qurumun mətbuat xidməti açqıalyıb.

Tribunal “Neftçi” tərəfindən verilən apellyasiya şikayətinə baxıb. Bakı klubunun şikayəti təmin edilməyib.

“Ağ-qaralar” Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” – “Kəpəz” matçında qırmızı vərəqə alan Bassalu Sambunun cəzası ilə bağlı şikayət edib. Tribunal 2 oyunluq diskvalifikasiya və 1500 manat cəriməni qüvvədə saxlayıb.

İdman.biz

Seçilən
19
2
idman.biz

3Mənbələr