AZ

Moskvanın nüfuzlu universitetində Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edilir

Bakı. Trend:

Moskva Dövlət Beynəlxalq Əlaqələr UniversitetindəAzərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün tələbəqəbulu elan edilir.

Trend xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, Rusiya Federasiyası Xarici İşlərNazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr UniversitetindəAzərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçünbakalavriat səviyyəsi üzrə 6 yer ayrılıb.

"Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 1aprel - 10 aprel 2025-ci il tarixlərində tələb olunan sənədlərimövzu bölməsində “MDBƏİ” yazmaqla [email protected] elektron poçt ünvanınagöndərməlidirlər.

Abituriyentlər qeyd olunan elektron poçt ünvanınaaşağıdakı sənədlərin fotosurətlərini göndərməlidirlər:

1. Şəxsiyyət vəsiqəsi;

2. Cari ildə orta məktəbi bitirən məzunların bitirdiyiməktəbdən yarımillik qiymətləri göstərilən arayış;

3. Əvvəlki illərin məzunları orta təhsil haqqındasənədi;

4. Hərbi bilet və ya çаğırışçı şəhadətnaməsi(oğlanlar);

5. Əlaqə məlumatları.

Müsabiqədə iştirak etmək hüququna orta məktəbin rusbölməsini bitirən, 2025-cü il iyulun 30-dək 19 yaşı tamam olmayan,attestat qiymətləri (cari ilin məzunlarının yarımillik qiymətləri)4 və 5 olan, II ixtisas qrupu üzrə sənəd verəcək şəxslərinattestatında riyaziyyat, rus dili və xarici dil fənləri, IIIixtisas qrupu üzrə sənəd verəcək şəxslərin isə attestatında rusdili və xarici dil fənləri üzrə yarımillik qiyməti 5 olanAzərbaycan Respublikasının vətəndaşları malikdirlər.

Dövlət İmtahan Mərkəzi tərəfindən sənədləri qəbulolunan abituriyentlərlə aprel ayının son iş həftəsində müsahibəkeçiriləcək. Müsahibədə namizədlərin ümumi dünyagörüşü, Azərbaycanvə ingilis dilləri üzrə danışıq bacarıqları yoxlanılacaq.

Ali təhsil müəssisəsinin tələbəsi və ya məzunu olanşəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər.

Abituriyentlər müsabiqədə beynəlxalq münasibətlər,regionşünaslıq, iqtisadiyyat, hüquqşünaslıq, jurnalistika, reklamvə ictimaiyyətlə əlaqələr ixtisaslarından biri üzrə iştirak edəbilərlər.

Abituriyent kimi göstəriciləri ən yüksək olan vəmüsahibədən uğurla keçən 6 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiztəhsil forması üzrə təhsil alması üçün təqdim olunacaqdır.

Növbəti mərhələ imtahanlarının məzmunu, nümunətapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytındanəldə etmək olar",- deyə məlumatda bildirilib.

Qeyd edilib ki, universitetin özü tərəfindən ikimərhələli imtahanın keçirilməsi nəzərdə tutulur.

Seçilən
22
az.trend.az

1Mənbələr