AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Fanat.Az xəbər verir ki, tribunal “Neftçi” tərəfindən verilən apellyasiya şikayətinə baxıb.
"Ağ-qaralar"ın şikayəti təmin edilməyib.
Paytaxt təmsilçisi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Neftçi” – “Kəpəz” matçında qırmızı vərəqə alan Bassalu Sambunun cəzası ilə bağlı şikayət edib. Tribunal 2 oyunluq diskvalifikasiya və 1500 manat cəriməni qüvvədə saxlayıb.