politoloq Turan Rzayev Olaylar.az-a açıqlamasında qeyd edib ki, son vaxtlar Azərbaycan- Ermənistan şərti dövlət sərhəddində təxribatların sayı artıb. Ermənistan tərəfi açıq-aşkar şərti dövlət sərhəddinə canlı qüvvə və texnika yığır. Eyni zamanda Avropa İttifaqının bu dırnaqarası missiyasının da fəaliyyəti bəllidir. Bu proseslər sülh prosesinin davam etdiyi bir zamanda paralel gedir və qəribə bir situasiya yaranır. Burada Azərbaycanın mövqeyi bəllidir. Rəsmi Bakı indiki məqamda və münaqişə tarixinə də baxdıqda heç vaxt müharibənin, gərginliyin tərəfdarı olmayıb. Əgər müharibə tərəfdarı olsaydıq, 44 günlük müharibəni davam etdirə bilərdik. Bizim niyyətimiz Ermənistanla müharibə, Ermənistanın ərazilərini işğal etmək deyil. Rəsmi Bakı beynəlxalq hüquqlar çərçivəsində münqaqişələrin həllinin tərəfdarıdır və maksimum dərəcədə prosesin sülh yolu ilə tərəfdarıdır. Bu o demək deyil ki , biz beynəlxalq hüquqa sığınırıq və Ermənistanın qarşısında gözü kölgəliyik. Bu belə deyil. Azərbaycanın özü-özünü təkmilləşdirən, təcrübəli , modern silahla təmin edilmiş ordusu həmçinin təcrübəli , savaş görmüş kadrları var. Ordunun başında Müzəffər Ali Baş Komandan var. Həmin Ali Baş Komandan ki , eyni anda həm mediaya müsahibə verirdi, həm müharibə kordinasiyası aparırdı, döyüşləri yaxından izləyirdi, tapşırıqları verirdi. Yəni Azərbaycanın vahid mərkəzi hakimiyyəti, mərkəzi komandanlıq, təcrübəli ordu, beynəlxalq münasibətlərdə ciddi əməkdaşlıqları var. Belə vəziyyətdə Azərbaycan tərəfi daha güclüdür. Ən kiçik yanaşma ilə baxsaq , iki ölkənin canlı qüvvə sayı arasında olduqca kəskin fərq var. Yəni Ermənistan bu gün total bir müharibəyə başlamaq istəsə, tam səfərbərliklə belə 1 milyon əhali cəlb edə bilməz. Amma Azərbaycan total bir müharibədə 1 milyon əhalini səfərbərliyə cəlb edə bilər. Ermənistan indiki məqamda düşünürəm ki, sülh prosesi çərçivəsində bu tip gərginliklərdən istifadə edib Azərbaycanı səhv etməyə məcbur edir. Məsələn, şərti dövlət sərhəddi və sərhəddən kənar iç ərazilərə zərbələr endirirsə, Rəsmi Bakı da buna cavab olaraq Ermənistan ərazisinə girsə, bunu Ermənistan Azərbaycanın öz ərazilərinə işğal aktı kimi göstərməyə çalışacaq. Bununla da mövcud vəziyyəti dəyişmək istəyəcək. Ermənistanın niyyəti təkcə total müharibə deyil, sadəcə reallıqları dəyişməkdir. Amma Azərbaycanın son məqama kimi təmkinli mövqedə olacağını düşünürəm. Yalnız sonda , artıq təxribatların sayı artarsa, intensiv döyüşlər başlayarsa, Rəsmi Bakı buna cavab vermək məcburiyyətində qalar ki, ortada sülh müqaviləsi belə yoxdur. Azərbaycan həm də 10 noyabr bəyanatının icra edilməyən tək bəndi , yəni maneəsiz hərəkət prinsipini təmin etmək ,yəni biz bunu Zəngəzur dəhlizinin açılması kimi də dəyərləndiririk, ikinci məsələ isə Ermənistanı sülhə məcburetmə əməliyyatlarına başlaya bilər. Hər iki hüquqi akt da Rəsmi Bakının əməliyyatlara başlamasını legal edir. Amma yenə deyirəm Azərbaycanın niyyəti müharibə, işğal deyil. Son məqama kimi səbirli olmalıyıq, əgər proseslər intensivləşərsə, Rəsmi Bakı da buna layiqli cavab verər və bundan sonra Ermənistan ordusu qalarmı, infrastrukturları nə dərəcədə zərər görər bunu artıq zaman göstərəcək".
Zeynəb Mustafazadə