Bakı. Trend:
Oruc tutan insanlar qidalanma rasionunda maye balansın qorunmasıolmalıdır, çünki bədən susuz qaldıqca orqanların işində problemyarana bilər.
Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqramhesabında canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti,qastroenteroloq Emin Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, enerji balansını qorumaq üçün əsas qidadəyəri yüksək və kalorisi az olan qidalara üstünlük verməklazımdır:
“Protein (zülal) tərkibli qidalar orqanizm üçün daha faydalıhesab olunur. Məsələn, səhər iki yumurta, yanında meyvə qurusu birovuc badam, qoz, fındıq, kəsmik, yulaf bunlar gün boyu insanı toxtutmağa kömək edər və enerji ehtiyacını tam ödəməyə kifayət edir.Təbii ki, karbohidrat əsaslı qidalanma şirin çay, şirniyyatlar tezdoyma və tez acmaya səbəb olur. Bununla da, sağlam bir qidalanmatərzi hesab olunmur, ümumən şirin çay içmək çox zərərli bir vərdişhesab olunur”.
Mütəxəssis-ekspert qeyd edib ki, axşam yeməyində vacib məqammədənin əzələlərinin tam rahatlamadan qidanın tələsikyeyilməsidir:
“Bu, mədədə küt ağrı və doluluq hissi verə bilər. Ona görə, öncəsu içilir ki, mədə rahatlansın. Sonra duru qidalar tədricən yarıbərk və bərk qidalar şəklində qəbul edilərsə, həzm daha rahat olar.Axşam yeməklərində yenə toyuq və yağsız qırımız ət, yanında tərəvəzvə salatlar gün ərzində sağlam qidalanma üçün nəzərdə tutulanqaydalar qorunmaqla qidalanmaq tövsiyə edilir. Sərt buğda növündənolan makaron və un məhsulları, eləcə də bulqur, düyü də həmçininməsləhət görülür”.