2024-cü ilin yekunlarına əsasən “Yapı Kredi Bank Azərbaycan” QSC-nin yığdığı faizlərin toplam həcmi 46 milyon 438.09 manat olub.
Valyuta.Az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Məlumata əsasən, 2023-cü ilin müfaviq dövründə bu rəqəm 35 mln. 583.54 min manat idi.
2023-cü ilin sonunda müştərilərə verdiyi kreditlərdən yığdığı faiz 25 mln. 929.72 min manat idisə, 2024-cü ilin sonunda bu rəqəm 32 mln. 259.86 min manata yüksəlib.
Biznes kreditlərində milyon manatdan çox azalma baş verib. Bu kreditlərin həcmi 2023-cü ilin sonu ilə müqayisədə 188 mln. 882.31 min manatdan 187 mln. 760.20 min manata düşüb.
Kredit təşkilatlarına və digər maliyyə institutlarına verilmiş kreditlər (depozitlər daxil olmaqla) isə 31 mln. 351.67 min manatdan 21 mln. 278.88 min manata düşüb.
Bankın faiz xərclərində 4 mln. manatdan çox, qeyri-faiz xərclərində isə 5 mln. manatdan çox artım müşahidə olunub. Belə ki, bankın faiz xərcləri 2 mln. 444.75 min manatdan 6 mln. 608.86 min manata, qeyri-faiz xərcləri isə 40 mln. 481.67 min manatdan 45 mln. 685.94 min manata yüksəlib.
Öhdəliklər isə öz növbəsində 416 mln. 879.77 min manatdan 620 mln. 417.35 min manata qalxıb.
Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 48 mln. 182.25 min manata yüksəlib. Əvvəlki ilin müvafiq dövründə isə bu rəqəm 35 mln. 685.94 min manat idi.
HƏMÇİNİN BAX: “Yapı Kredi Bank Azərbaycan” mənfəətini cüzi artırıb
Bankın ümumi ehtiyatlarında isə 400 min manatdan çox azalma qeydə alınıb. 2023-cü ilin sonunda ümumi ehtiyatlar 5 mln. 413.32 min manat idisə, ötən ilin sonunda bu rəqəm 5 mln. 2.61 min manata düşüb.
Vaxtı keçmiş kreditlərin həcmi isə 31 milyon manatı ötüb. 2024-cü ilin III rübünün sonunda 31 mln. 264 min manat həcmində olan bu kreditlər 2024-cü ilin IV rübünün sonra 31 mln. 534 min manata yüksəlib.
Rəhim