Araşdırma nəticəsində məlum olub ki, nostalji insanlar daha güclü və davamlı dostluqlar qurur və münasibətlərini qorumaq üçün daha çox səy göstərirlər.
Sherg.az xəbər verir ki, Yaponiyanın Kyoto Universitetinin tədqiqatçıları üç fərqli təcrübədə ABŞ və Avropadan olan 1500-ə yaxın iştirakçı ilə nostaljinin dostluq münasibətlərinə təsirini araşdırıblar.
Təcrübələr iştirakçıların nostalji hisslərə nə dərəcədə meylli olduqlarını və onların sosial münasibətlərindəki yaxınlıq səviyyəsini araşdırıb.
Tapıntılar göstərdi ki, nostalji fərdlər sosial əlaqələri qorumağa daha çox diqqət yetirir və daha yaxın dostluqlar qururlar.
Tədqiqatçılar müəyyən ediblər ki, insanlar yaşlandıqca daha çox nostalji olurlar. Kyoto Universitetindən araşdırmanın aparıcı müəllifi Kuan-Ju Huang, "Nostalji və xatirələrinə dəyər verən insanlar münasibətlərinin vacibliyini və onları necə əzizləmək lazım olduğunu daha yaxşı bilirlər" deyə vurğulayıb.
Araşdırmanın nəticələri “İdrak və Emosiya” jurnalında dərc olunub.