AZ

Bu qurumun əməkdaşlarının maaşı ilə bağlı YENİ QƏRAR

Bakı. Trend:

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbiqulluqçularının (Agentliyin rəhbərliyinə aid olan hərbi qulluqçularistisna olmaqla) aylıq vəzifə (tarif) maaşlarının məbləğləri yeniredaksiyada təsdiq edilib.

Trend xəbərverir ki, bu barədə Nazirlər Kabineti qərar verib.

Qərarla həmçinin Strateji Obyektlərin Mühafizəsi DövlətAgentliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıqvəzifə (tarif) maaşlarının məbləğləri də yeni redaksiyada təsdiqedilib.

Maliyyə Nazirliyi bu qərarın icrası ilə əlaqədar tələb olunanvəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirləri həyatakeçirəcək.

Bu qərar 2025-ci il yanvarın 1-dən tətbiq ediləcək.

Seçilən
13
31
az.trend.az

10Mənbələr