AZ

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi xaricə silah satışından gəlir götürüb

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) xaricdə silah ticarəti ilə məşğul olub və ondan qazanc əldə edib.

Herbiand.az bildirir ki, bu, prezident Donald Trampın göstərişi ilə ABŞ Milli Arxivinin yaydığı materiallarda qeyd edilib.

Məxfilikdən çıxarılan sənəddə silah alverçisi və MKİ-nin keçmiş zabiti Samuel Kamminqs haqqında təhlükəsizlik orqanları tərəfindən toplanan məlumatlar var. O, əvvəllər də agentlikdən ayrıldıqdan sonra MKİ ilə əlaqələrini saxlamaqda şübhəli bilinirdi. Yeni sənədlərə görə, Kamminqs MKİ-nin ABŞ, İsveçrə və Kanadada qeydiyyatdan keçmiş “International Armament Corporation” və “Interamco” silah ticarəti şirkətlərinə faktiki olaraq sahib olduğu vasitəçi olub.

Sənədlərdə deyilir ki, “Kamminqs 1958-ci ildə bu şirkətlərin sahibi rolunu öz üzərinə götürüb. Şirkətin qiyməti agentliyin auditi tərəfindən 219 min dollar qiymətləndirilib”.

Qeyd olunur ki, Kamminqs şirkətləri kredit və anbarlardan silahlar sayəsində əldə edə bilib. Materiallara görə, satılan silahlar MKİ-nin mülkiyyətində qalmalı, satıldıqdan sonra isə dəyəri agentliyə qaytarılmalı idi.

Vurğulanıb ki, Kamminqs MKİ tərəfindən “silah satışı məqsədi ilə” informator kimi istifadə edilib və agentlik “bu əməliyyatlardan xeyli gəlir əldə edib”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
10
herbiand.az

1Mənbələr