AZ

Həyat yoldaşının saxlanılmasından danışdı…


İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlu həyat yoldaşının saxlanılmasından danışıb.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə NOW TV-yə açıqlama verib.  
“Səhər imsakdan bir az əvvəl gəldilər. Əkrəm bəy hazırlaşdıqdan sonra getdilər. Onda qızım da evdə idi. Bilirsiniz ki, mənim 13 yaşlı qızım var. Bütün baş verənlərə baxmayaraq, onu evdə saxlaya bilmədim. “Ana, mən məktəbə gedəcəyəm, həyatıma davam edəcəyəm”, - dedi. Gələn yoldaşların hamısına təşəkkür edirəm. Hamısı öz işlərini çox nəzakətlə gördülər. Saat 07.30 radələrində evdən çıxdılar”, - Dilek İmamoğlu bildirib.
Daha sonra ona Əkrəm İmamoğluya əməliyyatın səbəbini izah edib-etmədikləri barədə sual verilib.
O isə suala, “Əkrəm bəylə vəkili ilə birlikdə danışdılar. Ancaq o prosesin təfərrüatlarını bilmirəm”, - deyə cavab verib.
Dilek İmamoğlu Əkrəm İmamoğlunun diplomunun ləğv edilməsi ilə bağlı suala da cavablandırıb.
Seçilən
147
yeniavaz.com

1Mənbələr