AZ

Şuşadakı poçt filialına bank lisenziyası verildi

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin Şuşa filialına bankfəaliyyəti üçün lisenziya verilib.

Trend bubarədə tənzimləyici quruma istinadən xəbər verir.

Bununla da bank lisenziya almış poçt filiallarının sayı 29-açatıb. Lisenziyası bu gün-martın 19-da verilən obyektin hüquqiünvanı Şuşa şəhəri, Zəfər küçəsi, Dövlət Mərkəzindədir.

Filialın müdiri Əşrəfov Səbuhi İlham oğludur.

Qeyd edək ki, bir müddət əvvəl - ötən ilin noyabrın 18-dəMərkəzi Bank tərəfindən "Azərpoçt"un Xankəndi filialına da bankfəaliyyəti üçün lisenziya verilib.

Seçilən
44
az.trend.az

1Mənbələr