AZ

Məşhur seneqallı 2 il sonra karyerasını bərpa etdi - RƏSMİ

"Nyukasl"ın və "Frayburq"un keçmiş futbolçusu Papis Sisse iki illik fasilədən sonra karyerasını bərpa edib. 

Fanat.Az xəbər verir ki, 39 yaşlı seneqallı hücumçu Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Qabila" komandasında çıxış edəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.



Üçüncü divizion klubu ilə imzalanmış müqavilənin şərtləri açıqlanmayıb. 

Qeyd edək ki, forvard sonuncu dəfə 2022/23 mövsümündə Fransanın "Amyen" klubunda çıxış edib.
 

Seçilən
26
fanat.az

1Mənbələr