Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Çexiyaya 224milyon ABŞ dolları dəyərində 410,2 min ton bitumlu süxurlardanalınmış xam neft və xam neft məhsulları ixrac olunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 141,6 milyon ABŞ dolları və ya 2,7dəfə, həcm ifadəsində isə 268,9 min ton və ya 2,9 dəfə çoxdur.
Dövr ərzində Çexiya Azərbaycanın ən çox neft ixrac etdiyiölkələr sırasında 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycandanümumilikdə 2,7 milyard ABŞ dolları dəyərində 4,8 milyon ton bitumlusüxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.Bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə dəyərbaxımından 153,2 milyon ABŞ dolları və ya 5,4%, həcm ifadəsində isə182,9 min ton və ya 4% çoxdur.