Qazaxıstanda dövlət qulluqçularının korrupsiyadan çəkindirilməsi məqsədilə həbsxanalara ekskursiyalar təşkil olunur.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Agentliyi məlumat yayıb.
Agentliyin sözçüsü Daniyar Biqaydırovun sözlərinə görə, ekskursiyalar mütəmadi şəkildə həyata keçirilir.
"Agentliyin regional departamentləri dövlət qulluqçuları və kvazi-dövlət sektorunun əməkdaşları üçün mütəmadi olaraq cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına ekskursiyalar təşkil edir", – deyə Biqaydırov bildirib.