ABŞ Müdafiə Nazirliyi (Pentaqon) mülki işçi qüvvəsini əsasən könüllülük əsasında təxminən 50 mindən 60 min nəfərə qədər azaltmağı planlaşdırır.
News24.az ABC News-a istinadla xəbər verir ki, bu rəqəm işçi qüvvəsinin yalnız 5 və ya 8 faiz azalması deməkdir.
Qərarın resursların düzgün istiqamətlərdə bölüşdürülməsini təmin etmək məqsədilə qəbul edildiyi bildirilir.
Qeyd edək ki, kütləvi işdən çıxarılacaq şəxslər stajı bir və ya iki ildən az olan sınaq müddətində olan işçilər və sentyabrın sonunadək tam maaşla işdən çıxmaq təklifini qəbul edənlərdir.
Xəbərdə bu müddət ərzində yeni işə qəbulun aparılmayacağı da vurğulanır.
Günel Məlikzadə