AZ

ABŞ Ukrayna ilə bağlı sazişdə Aİ-nin iştirakını qaçılmaz hesab edir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avropa İttifaqı (Aİ) Ukrayna ilə bağlı hər hansı sülh sazişinin imzalanmasında iştirak etməli olacaq, belə ki, Rusiya bu saziş çərçivəsində birlik tərəfindən ona qarşı tətbiq edilmiş sanksiyaların yumşaldılmasını tələb edə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
"Amerikalı rəsmilər avropalı həmkarlarına bildiriblər ki, Aİ Ukraynayla bağlı hər hansı sülh sazişində iştirak etməli olacaq, çünki Rusiya sövdələşmənin bir hissəsi kimi blokun tətbiq etdiyi sanksiyaların yumşaldılmasını istəyir", - məlumatda qeyd olunub.
Mənbələrin məlumatına görə, Vaşinqton həmçinin Avropadakı həmkarlarına bildirib ki, prioritet hərbi əməliyyatların dayandırılmasıdır və bundan sonra digər məsələlər, o cümlədən Ukrayna üçün mümkün təhlükəsizlik zəmanətləri müzakirə olunmalıdır.
ABŞ dövlət katibi Marko Rubio martın 12-də bildirib ki, Avropanın Rusiyaya qarşı sanksiyaları və ölkənin dondurulmuş aktivləri ilə bağlı məsələlər gələcək danışıqlarda müzakirəyə çıxarılacaq.
Seçilən
34
43
oxu.az

10Mənbələr