AZ

Məktəblini döyən şagirdlər BELƏ CƏZALANDIRILACAQ – Tükürpədən olayın detalları

Xəbər verdiyimiz kimi, Şəki şəhər 12 saylı tam orta məktəbinin bir qrup şagirdi öz yaşıdı olan Fuad adlı məktəbliyə amansızcasına davranaraq, ona xəsarət yetirib və şəxsiyyətini təhqir edən əməl törədiblər. Əldə olunan məlumata görə, onlar törətdikləri bu əməlin qarşılığı olaraq, sadəcə bir müddətlik məktəbdən kənarlaşdırıblar.

Bəs bu durumda qanun nə deyir?

Yenisabah.az məsələni hüquqşünas Ramil Süleymanovla müzakirə edib. Ekspert sözügedən hadisənin qanunla necə tənzimləndiyinə dair önəmli detalları saytımıza açıqlayıb:

“Döyülən uşağın üzərində xəsarətlərin dərəcəsi müəyyən olunmalıdır. Bu xəsarətlər ağır və ya az ağır dərəcəlidirlərsə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126, 127-ci maddələrinə, yüngül dərəcəli bədən xəsarətidirsə, 128-ci maddəsinə əsasən, cinayət işi başlanılacaqdır. Şəxs 16 yaşına çatıbsa, bu maddərin sanksiyasına uyğun olaraq məsuliyyətə cəlb oluna bilər. Nəzərə almaq lazımdır ki, bu, qrup şəklində qabaqcadan planlaşdırılıb törədilən əməldir. Mütləq şəkildə polis tərəfindən araşdırılmalıdır. Eyni zamanda, bu əməldə xuliqanlıq və təhdid cinayətinin də tərkibi var.

Bildirmək istəyirəm ki, məktəb direktorunun onları məktəbdən xaric etmək kimi bir səlahiyyəti mövcuddur. Birinci növbədə, döyülən uşağın valideyni tərəfindən təqdim olunan ərizə ciddi şəkildə araşdırılmalıdır”.

Hüquqşünas qeyd edib ki, hadisədə uşağın psixoloji şiddətə məruz qalması faktoru da var:

“Bu, onun şəxsiyyətinin sındırılmasına səbəb olan davranışdır. Bəlkə də məsələ barəsində ciddi araşdırma getsə, seksual qısnama da ortaya çıxar. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılmalı və ciddi qərar qəbul olunmalıdır. Həmin şəxslərin əməllərində cinayət tərkibi yoxdursa belə, ailə polis tərəfindən qəbul olunan cinayət işinin ləğv olunması haqda qərarın məhkəməyə şikayət verməklə ləğv olunmasına nail olmalıdır. Beləliklə, dərhal cinayətdə iştirak edən azyaşlıların məsuliyyətə cəlb olunmasını təmin etməlidirlər”.

Aytac Şahin


Telegram kanalımız
Seçilən
34
yenisabah.az

1Mənbələr