AZ

“Azərbaycan Sənaye Sığorta”nın mənfəəti kəskin azalıb

“Azərbaycan Sənaye Sığorta” şirkətinin xalis mənfəəti ötən il kəskin azalıb. 

Valyuta.az bu barədə sığorta şirkətinə istinadən xəbər verir. Məlumata görə, sığorta şirkətinin xalis mənfəəti 2,7 dəfə və ya 2,3 milyon manat azalaraq 1.3 milyon manata enib. Halbuki, sığorta şirkəti 2023-cü ildə 3.59  milyon manat mənfəətlə bitirmişdi. 

Hesabat dövründə “Azərbaycan Sənaye Sığorta”nın ümumi gəlirləri kəskin azalıb, 2023-cü ildəki 45,83 milyon manatdan ötən il 26,85 milyon manata enib. Bu isə 41,4% azalma deməkdir. 

Sığorta şirkətinin ümumi xərcləri isə 41,96 milyon manatdan 25,23 milyon manata enib. Başqa sözlə, bir ildə şirkətin xərcləri 39,9% azalıb.  

Hesabat dövründə sığorta ödənişləri 32,38 milyon manatdan 12,1 milyon manata enib. İşlərin aparılması xərcləri isə 49% artaraq 5,9 milyon manatdan  8,8 milyon manata yüksəlib.   

“Azərbaycan Sənaye Sığorta” ötən il 324,2 min manat mənfəət vergisi ödəyib ki, bu da bir il əvvələ nisbətə 16% çoxdur. 

1 yanvar 2025-ci il tarixinə şirkətin cəmi aktivləri 30,69 milyon manat, cəmi öhdəlikləri 18,28 milyon manat, cəmi kapitalı isə 12,42 milyon manata bərabər olub.

Seçilən
18
1
valyuta.az

2Mənbələr