AZ

Flik "Barselona"nın məşqini ləğv etdi - SƏBƏB

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik komandanın məşqini ləğv edərək, futbolçulara əlavə istirahət verib. 

Fanat.Az xəbər verir ki, bu barədə "Barca Universal" məlumat yayıb. 

Mənbənin məlumatına görə, kataloniyalıların alman çalışdırıcısı futbolçularına bazar ertəsinə qədər fasilə vermək qərarına gəlib. Məşqçinin özü asudə vaxtını Almaniyada keçirəcək. 

"Barselona" 27 matçda 60 xal toplayıb və La Liqanın lideridir. Komanda rəqiblərindən bir oyun az keçirib. Flikin yetirmələri martın 27-də 27-ci turdan təxirə salınmış oyunda “Osasuna”yla qarşılaşacaq.
 

Seçilən
26
fanat.az

1Mənbələr