7NEWS.az xəbər verir ki, Macarıstan parlamentində LGBT yürüşlərini qadağan edən qanun layihəsi qəbul edilib. Hakimiyyət orqanları qadağan olunmuş tədbirdə iştirak edən insanları müəyyən etmək üçün üz tanıma sistemlərindən istifadə edə biləcək. Müxalifət deputatları zalda rəngli məşəllər yandıraraq qərara etiraz ediblər.