AZ

“Koroğlu”da tıxac problemi necə həll edilə bilər?

Koroğlu ərazisi son dövrlərdə artan sıxlıq və tıxaclarla bağlı vətəndaşların ciddi narazılığına səbəb olur. Günün müxtəlif saatlarında, xüsusilə iş saatlarında bu ərazidə nəqliyyatın intensivliyi artır və bu da sakinlər və sürücülər üçün ciddi çətinliklər yaradır. Nəqliyyat eksperti İlqar Hüseynli Metbuat.az-a açıqlamasında bildirib ki, tıxac məsələsi zəncirvari bir prosesdir. Yəni sadəcə Koroğlu metrosunun ətrafını tıxacdan azad etmək və ya həmin ərazidəki tıxacları aradan qaldırmaq mümkün deyil: “Bakı şəhərində fərdi nəqliyyat istifadəçilərinin sayı o qədər artıb ki, bu, artıq şəhərdəki hərəkətin, demək olar ki, tamamilə məhdudlaşmasına səbəb olub. Nəticədə nəqliyyatın hərəkət intensivliyi bütün şəhər infrastrukturunu və şəhər təsərrüfatını poza bilib, bu da Koroğlu ərazisinə də təsir edir. Belə vəziyyətlərdə avtobuslar və metro sərnişinləri öz məntəqələrinə vaxtında çata bilmir. Eyni zamanda ictimai nəqliyyat vasitələri həddindən artıq yüklənir. Buradakı hərəkət intensivliyi və əhalinin sıxlığı o qədər artıb ki, nəqliyyatın yükdaşıma qabiliyyəti itirilib”. İntensivlik deyərkən vaqonlar arasındakı məsafə və zaman intervalını nəzərdə tutan İ.Hüseynovun sözlərinə görə, əgər bu interval qısalsa, prosesi bir az sürətləndirmək mümkün ola bilər.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
49
1
metbuat.az

2Mənbələr