AZ

Əli İnsanov Prezidenti təbrik edib

Haqq Ədalət Partiyasının sədri Əli İnsanov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

“Cebheinfo.az” xəbər verir ki, Azərbaycan xalqının ən qədim bayramlarından biri olan Novruz bayramı münasibətilə ünvanlanan təbrikdə deyilir:

“Möhtərəm cənab Prezident!

Haqq Ədalət Partiyasının bütün üzvləri adından Sizi ürəkdən təbrik edirəm. Yaratdığınız yenilməz ordumuza müdrük sərkərdəliyinizlə doğma Qarabağımızı işğaldan tam azad edərək, həqiqi suverenliyinə qovuşdurduğunuz Vətənimizin sürətli inkişafı, xalqımızın yüksək rifahı, xüsusi ilə də hal-hazırda sürətlə icra olunan planlaşdırdığınız Qarabağa Böyük Qayıdış Proqramını tezliklə başa çatdırmağınız üçün Sizə böyük uğur, möhkəm cansağlığı və ailə xoşbəxtliyi arzulayıram”.

Seçilən
14
cebheinfo.az

1Mənbələr