Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Kremlin təmsilçisi Dmitri Peskov RF Prezidenti Vladimir Putin ilə Ağ Evin rəhbəri Donald Trampın bir-birini yaxşı anladıqlarını və bir-birinə etibar etdiklərini söyləyib. Peskov bugünkü brifinqdəki çıxışında bu iki liderin Moskva ilə Vaşiqntonun münasibətlərinin normallaşdırılması niyyətində olduqlarını söyləyin.
Peskov deyib: "Yüksək əminliklə deyə bilərəm ki, prezidentlər Putin ilə Tramp bir-birini yaxşı başa düşürlər, bir-birinə güvənirlər və Rusiya-Amerika münasibətlərinin mərhələ-mərhələ normallaşdırılması yolu ilə getmək niyyətindədirlər".
Hürr Tərcüman