Diyarbəkirdəki Dəclə Universiteti Ürək xəstəxanasının qarşısında ağac əkərək qorunan ərazini zəbt edən şübhəli saxlanılıb.
Sherg.az xəbər verir ki, şübhəlinin ərazini yaşıllaşdırmaq, kafe və restoran açmaq istədiyi iddia edilib. Şikayət üzərinə hadisə yerinə sövq edilən polis qruplarına şübhəli tarixi bir binanın üstünə çıxaraq silahını başına dirəyərək bir müddət müqavimət göstərib.

Danışıqlar aparılaraq şübhəli şəxs nəzarətə götürülüb.
Şübhəlinin polis bölməsindəki əməliyyatları davam edərkən, ağacların kökündən çıxarılması işlərinə başlanılıb.