AZ

30 günlük atəşkəs: “Ukrayna nə qədər güclü olsa...”

“Ukrayna ilə Rusiya Federasiyası  arasında 30 günlük atəşkəsin işləməsi üçün çəkindirici amil olmalıdır”. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas “Euronews” telekanalına müsahibəsində bildirib.

“Atəşkəsin işləməsi üçün çəkindirici qüvvə olmalıdır. Əgər bütün çəkindirmə vasitələri işə yaramasa və Putin bunu əvvəllər də nümayiş etdiribsə, o, atəşkəsə əməl etməyəcək”, - Kallas bildirib.

O, həmçinin qeyd edib ki, Avropa nə qədər güclü olsa, müharibə ehtimalı bir o qədər az olacaq.

“Müdafiəmiz üçün daha çox şey etməliyik. Biz həmçinin Ukrayna üçün daha çox iş görməliyik ki, o, döyüş meydanında nə qədər güclü olarsa, danışıqlar masasında bir o qədər güclü olar”, - Kallas əlavə edib.

Seçilən
10
cebheinfo.az

1Mənbələr