Bu gün Türkiyə bankları ölkədəki siyasi qeyri-sabitlik fonunda əhəmiyyətli təzyiqlərə məruz qalan lirə kursunu dəstəkləmək üçün təxminən 8 milyard ABŞ dolları satıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
"Bu tədbirlər Prezident Rəcəb Tayyib Ərdoğanın aparıcı rəqibi olan İstanbul meri Əkrəm İmamoğlunun tutulmasına cavab olaraq həyata keçirilib və bu, Türkiyədəki siyasi risklərlə bağlı investorların narahatlığını gücləndirib. Müdaxilələrə baxmayaraq lirə ABŞ dollarına qarşı yeni bir tarixi minimuma çataraq enməyə davam edib", - deyə nəşr qeyd edib.
Dolların məzənnəsi hazırda 41 lirəni keçib. Bu, lirənın mövcud olduğu bütün tarixdəki ən aşağı dəyərdir.