Amerikalı sahibkar İlon Mask Minnesota ştatının qubernatoru Tim Uolsun "kiçik motivasiya" üçün "Tesla"nın düşən səhmlərinə baxmaqla bağlı tövsiyəsinə cavab verib.
Publika.az xəbər verir ki, Mask bu haqda "Twitter" səhifəsində yazıb.
“Bəzən bir az motivasiyaya ehtiyacım olanda, Ağ Evdə Cey Di Vensin portretinə baxıram”, - deyə sahibkar qeyd edib.
Xatırladaq ki, Uols ABŞ prezident seçkilərində Demokratlar Partiyasının vitse-prezidentliyə namizədliyi uğrunda mübarizə aparıb. Mask dəfələrlə onu tənqid edib.