AZ

"Arsenal" rəhbərliyi zədəli ulduzu ilə bağlı qərarını verdi

London "Arsenal"ının rəhbərliyi komandanın cinah hücumçusu Bukayo Saka ilə bağlı qərarını verib.

Fanat.Az-ın BBC-yə istinadən məlumatına görə, topçular" 23 yaşlı hücumçu ilə müqavilə yeniləmək niyyətindədirlər.

Mənbə tərəflərin yaxın vaxtlarda danışıqlara başlayacaqlarını vurğulayıb.

Qeyd edək ki, Sakanın İngiltərə nəhəngi ilə indiki sözləşməsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. O, ötən ilin dekabrında zədələndiyi üçün əməliyyat olunub. Sözügedən futbolçu cari mövsüm bütün turnirlərdə 24 matça çıxaraq 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
33
fanat.az

1Mənbələr