Rusiya Silahlı Qüvvələri Kursk vilayətində bir sıra cəsarətli əməliyyatlar həyata keçirib.
Herbiand.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Baş Prokurorluğun geniş kollegiya iclasında çıxışı zamanı bildirib.
“Siz bilirsiniz və biz də çox yaxşı bilirik ki, bizim qoşunlarımız son vaxtlar bir sıra sürətli, kifayət qədər cəsarətli, effektiv əməliyyatlar həyata keçirib”, - Putin deyib.
Kuskda aparılan ən məşhur əməliyyat Rusiya Silahlı Qüvvələrinin əvvəllər Avropaya nəqli üçün istifadə edilən qaz boru kəmərinin içərisi ilə Ukrayna qoşunlarının arxa hissəsinə gizli şəkildə daxil olmasıdır.
Bəxtiyar CƏFƏRLİ