İsveçrə Parlamentinin Milli Şurası Kiyevə əlavə 4,8 milyard İsveçrə frankı (5,5 milyard ABŞ dolları) humanitar yardımın ayrılmasını nəzərdə tutan iki eyni təklifin əleyhinə səs verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkə parlamentinin saytında yerləşdirilən məlumatda deyilir.
Müvafiq olaraq, şura üzvlərindən 111-i təklifin əleyhinə, 73-ü lehinə, 4-ü isə bitərəf qalıb.
Milli Şuranın Xarici Əlaqələr Komitəsi qeyd edib ki, hökumət 2028-ci ilə qədər inkişaf etməmiş ölkələrə yardım proqramları çərçivəsində Ukraynaya 1,5 milyard frank (1,7 milyard dollar) kredit ayırıb.