AZ

Xalq artisti: “Mətanət İskəndərli dedi ki, kaş Tariyel kimi ərim olaydı”

Xalq artisti Tariyel Qasımov APA-nın “Əsrin yaşıdı” layihəsində müsahibə verib.

Kulis.az həmin müsahibədən bəzi hissələri təqdim edir:

- Cavanlıqda maşallah, yaman yaraşıqlı olmusunuz!

- Çox yaraşıqlı olmuşam! “Liftçi qız” filminə baxmısınız? Orda görürsünüz necə yaraşıqlıyam? O vaxtlar yeganə aktyor idim ki, qızlar mənə məktub yazırdı. – Üzünü qırxa-qırxa danışır. - Mən Gənc Tamaşaçılar Teatrının aktyoru olmuşam, ora məktəblilər çox gəlirdi. 300 qızdan sevgi məktubu almışam.

- O məktublar burdadır?

- Yox, rayona aparmışam.

- Nə əcəb yoldaşınız qısqanmır?

- Niyə qısqansın, gör nə vaxt yazılıb! İTV-də “Ötən günlər” verilişinə baxmısınız? Orada Mətanət İskəndərli dedi həmişə arzulayırdım ki, kaş Tariyel kimi ərim olaydı (gülür). Yoldaşım da yanımda oturmuşdu.

Seçilən
25
kulis.az

1Mənbələr