AZ

USAİD və Qərb qurumlarının bağlanması: Regional siyasətə təsiri və yeni reallıqlar – ÖZƏL

Uzun illərdir USAID, "Amerikanın Səsi" və "Azadlıq" radioları müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda təxribat xarakterli fəaliyyət göstərib, ictimai rəyi manipulyasiya etməyə çalışıb. Bu qurumlar Azərbaycan dövlətinə qarşı qarayaxma kampaniyaları aparıb, daxili sabitliyi pozmağa cəhd ediblər.

Azərbaycanda dövlətçilik mövqeyi tutan şəxslər bu təşkilatların gizli məqsədlərini ifşa edərək onların əsl simasını açıb göstəriblər. Bu gün isə həmin qurumlar layiq olduqları yerdədirlər. 

Bu qurumların illərdir apardığı kampaniyaların əsas məqsədi nə idi və onların fəaliyyətinin məhdudlaşdırılması regional siyasətə hansı təsirləri göstərə bilər?

Mövzunu Olaylar.az-a şərh edən Elçin Xalidbəyli bildirib ki, USAİD-in dəstəklədiyi "Amerikanın səsi" və "Azadlıq" radiolarının bağlanması, bəzi ölkələrə qarşı qərəzli mövqe sərgiləyən və ABŞ-nin siyasi təsirini genişləndirməyə xidmət edən bir prosesin başlanğıcıdır:

"USAİD "Amerikanın səsi" və "Azadlıq" radio stansiyalarının bağlanması olduqca ciddi bir prosesin başlanğıcıdır. Çünki bu qurumların hər birisi Amerika Birləşmiş Ştatlarının dünyadakı təsir gücünün genişləndirilməsinə xidmət edirdi və üstəlik bu qurumlar ABŞ-nin təsir gücünün genişləndirilməsi ilə bağlı fəaliyyətində qərəzli mövqe tuturdular. Bəzi ölkələrə qarşı, yəni Ağ Evin istəklərini yerinə yetirməkdən yayınmağa çalışan bəzi ölkələrə qarşı bu qurumlar böhtan xarakterli ittihamlar irəli sürürdülər və hətta təhdid edirdilər. Bəşəri dəyərlər dedikləri məsələlərdən təzyiq vasitəsi kimi istifadə edirdilər və ümumiyyətlə, nəzarətdən kənarda olan dövlətlərə qarşı da həmin ölkələrin daxilində xaos texnologiyasından istifadə edirdilər. Yəni hədəf ölkələrdə hakimiyyətlərin xalqın iradəsindən kənar metodlarla dəyişdirilməsinə nail olurdular. Bununla da Ağ Evin təlimatlarını icra edən hökumətlər formalaşdırırdılar".

Siyasi şərhçi əlavə edib ki, ABŞ tərəfindən idarə olunan bəzi Qərb qurumlarının, o cümlədən Ermənistana maliyyə dəstəyi verən təsisatların ləğvi, regiondakı geosiyasi proseslərə təsir etməklə yanaşı, dünyada ədalətsizliyin azalmasına müəyyən müsbət töhfə verə bilər:

"Bütövlükdə götürdükdə sadalanan qurumların heç biri öz fəaliyyətlərini təyinatı üzrə reallaşdırmırdılar. Əksinə, bu qaranlıq planların reallaşdırılmasında xüsusi rol oynayan alət statusunda fəaliyyət göstərirdilər və bunun da nəticələrini bəzi ölkələrdə müşahidə etmək mümkün olmuşdur. Xüsusilə də Ermənistanda Paşinyan hakimiyyətinin formalaşdırılması məhz belə qurumların təbliğat kampaniyalarının nəticəsində mümkün olub. Soros fondu daxil olmaqla,
 digər tərəfdən bu qurumların ləğvinin Cənubi Qafqazdakı proseslərə təsiri də qətiyyən istisna deyil. Onu da nəzərə almaq lazımdır ki, bu sayt Ermənistanın əsas sponsorlarından biri idi. Hər il 100 milyonlarla dollar məbləğində Ermənistana qrantlar ayrılırdı. Həm rəsmi dövlət orqanlarına, həm də Paşinyan hakimiyyətini dəstəkləyən QHT-lərə külli miqdarda maliyyə vəsaiti yönəldilirdi. İndi bu saytın ləğv olunması ilə Ermənistan bu maliyyə qaynağından məhrum olub. Təbii ki, istər istəməz bu, Ermənistanın maliyyə imkanlarına zərbə ola bilər. Çünki hər halda Ermənistan indi itirdiyi bu maliyyə qaynağını əvəzləmək üçün yeni mənbə axtarmaq məcburiyyətindədir və müasir dünyada artıq belə mənbələr o qədər də çox deyil. Yəni ümumi götürdükdə hesab etmək olar ki, ədalətdən danışıb bütün dünyanı ədalətsizliyə sürükləyən bəzi Qərb qurumlarının, xüsusilə də Amerika Birləşmiş Ştatları tərəfindən idarə olunan qurumların ləğvi dünyada ədalətsizliyin aradan qaldırılmasında müəyyən mənada pozitiv rol oynaya bilər".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
147
olaylar.az

1Mənbələr