AZ

“Liverpul” hücumçusunu satır

“Liverpul” futbolçusu Luis Diasla vidalaşmağa hazırlaşır.

İdman.biz xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi Arne Slot 28 yaşlı hücumçunun satışına razılıq verib.

Onun müqaviləsi 2027-ci ilin yayında başa çatacaq. Forvardın xidmətində “Barselona” maraqlıdır. “Liverpul”un kolumbiyalı üçün 70 milyon avro istəyəcəyi gözlənilir.

Qeyd edək ki, Diasa PSJ, “Mançester Siti”, “Milan” və Səudiyyə Ərəbistanı klubları da maraqlanır.

İdman.biz

Seçilən
38
1
idman.biz

2Mənbələr