
Avropa Komissiyası (AK) Avropa İttifaqının (Aİ) 2030-cu ilə qədər hərbiləşdirilməsi planını - Ukraynanın silahlanmasına dair uzunmüddətli planı özündə əks etdirən Müdafiə üzrə Ağ Kitabı təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.
Sənədə görə, bu müdafiə paketi Aİ ölkələrinə silah istehsalına və hərbi imkanlara sərmayə qoyuluşunda kəskin sıçrayış təmin etmək üçün maliyyə rıçaqları təmin edəcək.
Ağ Kitabda artan hərbi yardım və Avropa və Ukrayna hərbi sənayesinin daha sıx inteqrasiyası vasitəsilə Ukraynaya dəstək haqqında ayrıca bənd var.