UEFA Millətlər Liqasının 1/4 final mərhələsində Almaniya yığması ilə qarşılaşacaq İtaliya millisi hücumçusu Mateo Reteqinin xidmətindən məhrum olub.
Fanat.Az xəbər verir ki, informasiyanı "skuadra adzurra"nın mətbuat xidməti yayıb.
"Atalanta"nın 25 yaşlı forvardının sağ omba əzələsindən xəsarət aldığı üçün almanlara qarşı matçlarda oynamayacağı bildirilib.
Qeyd edək ki, tərəflərin ilk oyunu martın 20-də İtaliyada, cavab qarşılaşması isə birinci dueldən 3 gün sonra Almaniyada baş tutacaq.
Nihat