AZ

Avropada Novruz bayramı qeyd olunur (FOTO)

Bakı. Trend:

Avropanın müxtəlif ölkələrində Novruz bayramı coşquyla qeydolunur. Soydaşlarımız Vətəndən uzaqda milli dəyərlərimizi təbliğedir, adət-ənənələrimizi yaşadır. Almaniya, Belçika, Çexiya,Estoniya, Finlandiya, İsveç, Litva və Norveçdə təşkil edilən bayramtədbirlərinə həmin ölkələrdə yaşayan, təhsil alan soydaşlarımız,Azərbaycana dost icmaların və yerli ictimaiyyətin nümayəndələri,diplomatik korpusların təmsilçiləri qatılıb.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Berlində fəaliyyət göstərən Xarı-Bülbül Azərbaycan MədəniyyətEvinin təşkil etdiyi Novruz bayramı tədbiri Azərbaycanın DövlətHimninin səsləndirilməsi ilə başlanıb. Daha sonra ölkəmizin ərazibütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsiehtiramla yad edilib. İştirakçılar Novruz bayramının adətlərinəuyğun olaraq yumurta boyayıb, toqquşdurub, şəkərbura hazırlayıblar.Bayram tədbiri müddətində milli musiqilər və rəqslər ifaedilib.

Belçikanın paytaxtı Brüsseldə Diasporla İş üzrə DövlətKomitəsinin və Azərbaycanın Belçikadakı Səfirliyinin dəstəyi,“Fireland” Azərbaycanlılar Birliyinin təşkilatçılığı ilə“Azərbaycan mədəniyyət gecəsi – Novruz Bayramı” adlı tədbirkeçirilib. Tədbirin çoxsaylı iştirakçılarına Azərbaycanmədəniyyəti, eləcə də Novruz bayramının tarixi və ənənələrihaqqında geniş məlumat verilib. Bədii hissədə Cavid Səlimov, EminSadıqlı, Sadıq Ağamalıyevin ifaları iştirakçıların zövqünü oxşayıb.“Fireland” və “Butam” uşaq rəqs ansambllarının təqdim etdiyimaraqlı səhnəciklər və rəqslər sürəkli alqışlarla qarşılanıb.Həmçinin Üzeyir Hacıbəyovun 140 illiyi münasibətilə “Fireland”qrupunun “Arşın mal alan” operettasından rəqsi qonaqların marağınasəbəb olub.

Çexiyanın paytaxtı Praqada keçirilən “Novruz təranələri” adlıbayram tədbirində Azərbaycanın özünəməxsus Novruz adət-ənənələrinümayiş olunub, Novruz atributları ilə xonçalar bəzədilib,iştirakçılara təqdim edilib. Tədbir “Land of Fire” cəmiyyəti vəAzərbaycanın Çexiyadakı Səfirliyinin dəstəyi, Çexiyadakı Azərbaycanicmasının üzvü Gülnarə Əlizadənin təşkilatçılığı ilə baş tutub.

Praqada Novruz bayramı ilə bağlı daha bir tədbir AzərbaycanMədəniyyət Evində təşkil edilən xüsusi dərs olub. Dərsdə uşaqlaraqədim tariximizin və mədəniyyətimizin ən mühüm elementlərindən olanNovruz bayramı, əcdadlarımızın mirası barədə məlumat verilib.Həmçinin, kukla-brelokların hazırlanması üzrə ustad dərsikeçirilib. Təcrübəli rəssam-kuklaçı Vəfa Aşumovanın müəllimliyi iləuşaqlar maraqlı kuklalar hazırlayıblar.

Estoniyada fəaliyyət göstərən “Buta Art Studio” AzərbaycanYaradıcılıq Mərkəzində Novruz bayramı münasibətilə rəsm sərgisiaçılıb və xalçaçılıq üzrə ustad dərsi keçirilib. Sərgidə Novruzbayramına həsr olunmuş rəsm əsərləri nümayiş etdirilib. Mərkəzinrəhbəri, rəssam Rövşən Nur iştirakçılara xalçaçılıq sənətininincəlikləri və Novruz bayramının ənənələri haqqında ətraflı məlumatverib.

Finlandiyanın paytaxtı Helsinkidəki Azərbaycan Evində Novruzunmilli və mənəvi dəyərlərimizdəki önəmi vurğulanıb, bu gözəlbayramın və əvəzsiz ənənələrin gələcək nəsillərə ötürülməsininvacibliyi diqqətə çatdırılıb.

İsveçin paytaxtı Stokholmdakı soydaşlarımız da Novruz bayramınıqeyd etmək üçün bir yerə toplanıblar. Bayram tədbiri SAFİsveç-Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.SAF-ın sədri Sevda Dadaşova Diasporla İş üzrə Dövlət Komitəsinintabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondunavə Beynəlxalq Media Qrupuna göstərdikləri dəstəyə görə təşəkkürünübildirib. Azərbaycan və Özbəkistanın Xalq artistləri Gülyaz vəGülyanaq Məmmədova bacıları, müğənni Ramazan Şərifzadə, GünelHəmidli və Stokholmda yaşayan azərbaycanlı ifaçılar öz çıxışlarıilə tədbirə rəng qatıblar.

Litvada fəaliyyət göstərən Klaypeda həftəsonu Azərbaycanməktəbində Novruz bayramına həsr olunmuş dərsdə şagirdlərə bayramıntarixi və ənənələri haqqında geniş məlumat verilib. Uşaqlar bubayramın rəmzlərini daha dərindən öyrənib, səməni maketihazırlayıb, həmçinin baharın gəlişini və təbiətin oyanışını əksetdirən rəsmlər çəkiblər.

Novruz bayramı ilə bağlı digər bir dərs Norveçin paytaxtı Oslodafəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonuməktəbində baş tutub. Burada məktəbin şagirdlərinə Novruz bayramıhaqqında məlumat verilib, adət-ənənələr izah olunub. UşaqlarNovruza aid şeirlər söyləyib, Kosa və Keçəl obrazlarınıcanlandırıblar.

Sonda qeyd edək ki, dünya azərbaycanlılarının hər il millibayramlarımızı keçirməsi, ölkəmizin milli mədəni dəyərləriniyaşadıqları cəmiyyətlərdə geniş təbliğ etməsi Azərbaycanmədəniyyətinin dünyada tanıdılması və soydaşlarımızın birliyininnümayişi baxımından olduqca əhəmiyyətlidir.

Avropada
Avropada
Avropada
Avropada
Avropada
Avropada
Avropada
Avropada
Avropada
Avropada
Avropada
Avropada
Avropada
Avropada
Seçilən
52
az.trend.az

1Mənbələr