Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə Evi sədri Tənzilə Rüstəmxanlı İraq Türkman Cəbhəsinin Kərkük millət vəkili və İraq Parlamenti Türkmanlar qrupunun sədri Ərşad Salehi ilə görüş keçirib.
Newscenter.az xəbər verir ki, görüşdə Ərşad Salehi ilə yanaşı, Türkmaneli dərnəkləri Federasiyasının başqanı, Kərkük Universitetinin bir sıra proffessorları, həmçinin Suriya və Türkiyədən gələn qonaqlar var idi.
Qeyd edək ki, 2 may 2019-cu ildə Bakıda "Türk dünyasının gələcəyində Kərkük və Qarabağın yeri: Geosiyasi çağırışlar və perspektivlər” Beynəlxalq Simpozium baş tutub. Azərbaycan Türk Qadınlar Birliyi, Azərbaycan-Türkiyə Evi (ATEV), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və "Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə gerçəkləşən Simpoziumda Azərbaycan, Türkiyə və İraqdan millət vəkilləri, ictimai-siyasi xadimlər, tarixçilər, QHT və media mənsubları iştirak ediblər.İraq Türkman Cəbhəsinin lideri, millət vəkili Ərşad Salihi, professor Kürşad Zorlu, Kərkük Mədəniyyət Mərkəzinin rəhbəri Şəmsəddin Kuzəçi, Türkiyə Qazi Universitetindən Çetin Almas, İraq Türkman Cəbhəsinin Türkiyə təmsilçisi Mehmet Tütüncü gələn qonaqlar arasında idi.
]
Süleyman