Vladimir Vsevolodoviç Monomaxtarixə böyük siyasi xadim, sərkərdə və yazıçı kimi daxil olmuşdur. Eyni zamanda Türk kimliyinə qarşı geniş masştablı təyziqlər də onun dövründən başlamışdır. Qaynaqlar yazır ki, IX-XI əsrlərdə Kiyev hökmdarları türk titullarından da geniş istifadə etmişlər. Xüsusən taxt-tac sahibi olanlar Xaqan adlanırdı.
Hakimiyyətə gələn Vladimir Monomax türk mədəniyyətinin izlərinin silinməsinə nail olan yunanmeyilli olaraq Kiyev knyazlarının şəcərəsini də dəyişməyi əmr etmişdir. Anası Bizans imperatoru Konstantin Monomaxın qızı olduğundan bu ləqəbi qəbul etmiş Vladimir Uger adının İqor və digər adların slavyanlaşdırılmasının bünövrəsini qoyub.
Türklərə olan bütün nifrətinə baxmayaraq taxt-taca oturanda onun başına qoyulan çar tacı türklərin əl işi olub.
Hazırda Monomax tacı- Kreml sarayının ən qədim eksponatlarından biridir. Rus çarları 1498-ci ildən 1682-ci ilə qədər bu tac qoyurdular.
Bu qızıl tac yaqut, zümrüd və digər qiymətli daşlar ilə hazırlanıb. 993,66 qramdır çəkisi.
Bir versiyaya görə tac XIV əsrin başlanğıcında qüdrətli Qızıl Orda xanı Özbək xanı bacısına Moskva knyaginyası İvan Kalitanın böyük qardaşının arvadına verdiyi cehiz hədiyyələrdən biridir.
Digər versiyaya görə tacı rus zərgərləri hazırlayıblar.
Daha bir versiya isə Lahıc ustalarının əl işi olduğudur.
Lahıc ölkəmizin qədim sənətkarlıq mərkəzlərindən biri kimi tanınır. Burada misdən döymə üsulu ilə hazırlanan silahlar və qablar Lahıcı məşhurlaşdırıb. Uzun illər yerli ustaların düzəltdikləri qablar və silahlar bütün Qafqazda və yaxın Şərqdə çox həvəslə alınıb. Burada yaşayıb-yaratmış misgərlərin, zərgərlərin, sərracların, ahəngərlərin, dülgərlərin, xalçaçıların, həkkakların, nəqqaşların, dabbaqların sifarişçiləri arasında Şərq və Qərbin elit ailələr var idi.
Lahıc Albaniyanın mühüm müdafiə əhəmiyyətli şəhər qalası olmuşdur. Tarix irəllədikcə buranın əhəmiyyəti artmışdır. Varlı tacirlər Bakıdan, Tiflisdən, Gədəbəy, Borçalı və Zəngəzurun mis mədənlərindən xam mis alaraq dəvə karvanı ilə Lahıca yola salırdılar. Xaricdən də Hələb, İstanbul, İngiltərə və Həbəşstandan da Lahıca mis gətirilirdi. Eyni zamanda xüsusi zərgərlik sifarişləri də Lahıc ustalarına edilirdi.
Qeyd edilir ki, məhz Monomaxın tacı hazırlanan zaman orda olacaq qiymətli daşların cilalanması, formaya salınması və taca qoyulması üçün Lahıc ustalarına müraciət ediblər.
Hal-hazırda da dünyanın ən məşhur muzey və kolleksiyalarında saxlanılan Lahıc ustalarının əl işləri dediklərimizi təsdiq edir.
Zaur Əliyev, dosent