Rusiyada terror cinayətlərinin sayı 2024-cü ildə bir yarım dəfə artıb.
NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, bunu baş prokuror İqor Krasnov idarənin kollegiyasının ötən ilin yekunlarına dair geniş iclasında bildirib.
Krasnovun sözlərinə görə, bu, Rusiya ərazilərinin davamlı atəşə tutulması və pilotsuz uçuş aparatlarının evlərə və sənaye obyektlərinə hücumları ilə bağlıdır.
Bundan əvvəl baş prokuror bəyan etmişdi ki, bütün Rusiya ərazisində ekstremist cinayətlərin sayı üçdə bir artıb.