AZ

Nazir: 2021-2024-cü illərdə 94 sahibkarlıq subyektinə rezidentlik statusu verilib

Mikayıl Cabbarov: 2021-2024-cü illərdə 94 sahibkarlıq subyektinə rezidentlik statusu verilib

2021-2024-cü illər ərzində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında investisiya portfeli 950 milyon ₼-a yaxın olan 94 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.

Operativ Media xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov öz X-hesabında paylaşım edib.

"Sözügedən dövrdə 29 müəssisə fəaliyyətə başlayıb.Qeydiyyata alınmış rezidentlər tərəfindən layihələr çərçivəsində ümumilikdə 8.868 iş yerinin yaradılması nəzərdə tutulur"- məlumatda qeyd olunub.

Seçilən
52
1
operativmedia.az

2Mənbələr