AZ

Daha bir müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşımaxidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlərçərçivəsində Mingəçevir-Xaldan (Yevlax) şəhərlərarası avtobusmarşrutunu müsabiqəyə çıxarır.

Bu barədə Trend-ə AYNA-dan məlumat verilib.

Məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarıilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalqmarşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasınadair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkiledilir.

Sənədlər 17 aprel 2025-ci il saat 17:00-dək Azərbaycan YerüstüNəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədovküçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.:050-855-53-55, e-poçt: [email protected])qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyatnəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən 4 Lot üzrə mayın6-da baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradanəldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili)marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələliqaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsindəgöstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığınınartırılmasıdır.

Məqalədə:
Seçilən
29
8
az.trend.az

10Mənbələr