Türkiyənin Tokat şəhərində ağır yol qəzası baş verib.
Avtosfer.az "TRT Haber"ə istinadən xəbər verir ki, fəhlələri daşıyan mikroavtobus Turhal yolunda idarəetmədən çıxaraq divara dəyib.
Qəza yerinə jandarma, xilasetmə və tibb qrupları cəlb edilib.
Qəza zamanı sürücü və 20 fəhlə yaralanıb.
Yaralılar təcili yardım maşınları ilə Tokat və Turhal rayonlarındakı xəstəxanalara aparılıb.(e.huquq.az)