AZ

“Bu hadisəni “çevriliş” adlandırmaq təhlükəlidir”

Türkiyənin ədliyyə naziri Yılmaz Tunc Əkrəm İmamoğlunun saxlanılmasına münasibət bildirib. 

 “Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, o, insanları prosesi sakit şəkildə izləməyə çağırıb. 

“Qərəzsiz və müstəqil məhkəmənin apardığı araşdırmaları fərqli tərəflərə çəkmək, “çevriliş” kimi ifadələrlə xarakterizə etmək son dərəcə təhlükəli və yanlışdır.

Hər kəs bilməlidir ki, hüquqi dövlətdə cinayətin törədildiyi iddiası varsa, müdafiə olunacağı yer küçələr deyil, məhkəmə orqanlarıdır.

Ədliyyə orqanlarının başlatdığı təhqiqatları və işləri prezidentimizlə əlaqələndirmək ən azı ədəbsizlik, hədd bilməməkdir. Prosesi sakit şəkildə izləmək və ədaləti təmin etmək üçün verilən qərara hörmətlə yanaşmaq bizim ümumi məsuliyyətimizdir”, - deyə Y.Tunc qeyd edib.

Seçilən
40
qafqazinfo.az

1Mənbələr