AZ

Təyyarə üçün ikimərtəbəli oturacaqlar lağlağı obyekti oldu

Aviasiya şirkətləri hər səfərdə maksimum sərnişin daşıyaraq daha çox qazanc əldə etmək istəyir. Lakin təyyarənin həcmi bəzən buna imkan vermir. Artıq çıxış yolu tapılıb.

Avtosfer.az xəbər verir ki, “Airbus” şirkəti İspaniyanın “Chaise Longue” startapı ilə birgə ikimərtəbəli oturacaqlar layihələndirib. 
Yuxarı hissədə oturanlar oturacağı arxasadkı sərnişə mane olmadan tam aça bilir. Aşağıdakı sərnişin isə ayağını rahatca uzadır. Bir sözlə hər sərnişin özünü biznes sinfindəki kimi hiss edir.

Yeni layihəyə Avropa Komissiyası razılıq versə də, avropalılar indidən biədəb ad veriblər. Yeni  ixtiraya qoşulan ləqəb bizə məlum olsa da, etik səbəbdən yazmırıq.

Vüqar

Seçilən
41
avtosfer.az

1Mənbələr