"Rusiyanın işğal etdiyi əraziləri heç vaxt güzəştə getməyəcəyik".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski Finlandiya prezidenti Aleksandr Stubb ilə birgə mətbuat konfransında deyib.
O bildirib ki, Putinin iddiasının əksinə olaraq, işğaldakı ərazilər heç vaxt Rusiyanı ola bilməz: "İşğaldakı bölgələr Rusiya ərazisi kimi tanınmayacaq. Biz ərazi bütövlüyü və suverenliyimiz üçün mübarizə aparırıq, özümüzü müdafiə edirik. Bu müharibədə mütləq qalib gələcəyik".
Finlandiya prezidenti Stubb isə dünyanın “dönüş nöqtəsi"ndə olduğunu bəyan edərək, Ukraynada ədalətli və davamlı sülhə çağırış edib: "Bu sülh Rusiyanın təcavüzünə son qoymasından asılıdır. Bəli, Rusiya sülh istədiyini göstərməlidir".
Stubb Ukraynanın Avropanın bir parçası olduğunu da söyləyib: "Ümid edirəm ki, Ukrayna tezliklə Avropa İttifaqı və NATO-da təmsil olunacaq"
Zülfiyyə Mustafayeva
MİA.AZ